“Bu gün DİM tərəfindən keçirilən II ixtisas qrupunda iki səhv test tapşırığı olub. Onlardan biri də 91-ci sualdır. Testin A və C bəndlərinin hər ikisi doğrudur”.
AzEdu.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov öz “facebook” hesabında paylaşıb. O bildirib ki, DİM - in mütəxəssisləri iddia edə bilməzlər ki, abituriyent burada tam cavabı seçməlidir:
“Burada hər iki bənddə doğru cavab var və bu test tapşırığı abituriyentlərin xeyrinə qəbul edilməlidir”. Ekspert növbəti səhv test tapşırıqlarını yazacağını qeyd edib.
Qeyd edək ki, səhv sual II qrup D variantı Tarix fənnindəndir.