Şagirdlərin müəllimlərini sevməsi təhsildə uğurun əsas şərtlərindən biridir. Sağlam ünsiyyət qurmağın ən əsas təməli qarşımızdakı insanın psixologiyasını anlamaqla mümkün olur.
Aparılan araşdırmalar nəticəsində sevilən müəllimlərin əsas xüsusiyyətlərini müəyyən edilib.
AzEdu.az şagirdlərin sevimli müəllimi olmaq üçün edə biləcəyiniz bəzi qaydaları təqdim edir.
Hər zaman gülümsəyin
Siz gülümsədikdə şagirdləriniz də gülümsəyəcək. Beləliklə, onlar sizi sevməyə başlayacaq. Nəticədə öyrənmək daha asan başa gələcək
Onlarla dost olun
Şagirdlər məktəbdə başlarına gələn pis bir hadisəyə görə rəhbərliyə və ya ailələrinə xəbər edən müəllimləri sevmirlər. Problemlərini həll etmək üçün onlara kömək edən müəllimləri daha çox sevirlər.
Onları sevin
Şagirdlər onları sevən müəllimlərin sevgilərinə qarşılıq verirlər. Dərslərdə uğurlu nəticə əldə edən müəllimlər şagirdlərinə sevgi ilə yanaşan müəllimlərdir.
Toleranslı olun
Şagirdlər bir yetişkin kimi inkişaflarını tamamlamadıqları üçün zaman-zaman xətalar edə bilirlər. Bu halda səhvlərini şişirtməyən, onlara anlayış göstərən müəllimləri çox sevirlər.
Nələri sevmədiklərini öyrənin
Bir çox müəllimlər dərsin ilk günündə uşaqlardan yay tətili, hobbilər haqqında məlumat vermələrini istəyir. Siz əksini edə bilərsiniz. Nələri sevmədiklərini öyrənin. Siyahıya məktəb və müəllimlərini də yaza biləcəklərinə inandırın. Beləliklə, həm onlara cəsarət verib sevgilərini qazanarsız, həm də şagirdlərinizi ayrı-ayrılıqda tanımaq imkanı əldə edərsiniz.
Hər birinin adını tək-tək öyrənin
Dərsin ilk günündə bu addımı ataraq şagirdlərin sevgisini qazana bilərsiniz. Adlarını tək-tək öyrənməklə onlara dəyər verdiyinizi göstərin.
Fidan Ali