Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi başa çatıb.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, bu il müsabiqə şərtlərini ödəyən və ixtisas seçimi edənlərin sayı isə 21 min 99 (Azərbaycan bölməsi - 20667, rus bölməsi - 432) nəfərdir.
Müsabiqə nəticələrinin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.