“Fikrimcə bu ilin sonuna kimi onlayn olaraq davam etməli,peyvendlənmə tam olaraq yerinə yetiriləndən sonra dərslərə ənənəvi formada davam etməli idik”
AzEdu.az xəbər verir ki, bunu təhsil eksperti Adil Vəliyev təhsil müəssisələrində ənənəvi tədrisin bərpası haqqında qərarla bağlı deyib.
Ekspert ali təhsillə bağlı bu qərarın nəticəsi olaraq yarana biləcək problemlərə diqqət çəkib:
“Düşünürəm ki, universitet yataqxanaları da fəaliyyət göstərməyəcək, kirayə evlərin qiyməti qalxacaq. Universitet yataqxanaları tələbələrin istifadəsinə verilməyəcəyi üçün,2 otaqlı evdə 4-5 tələbə yaşamaq məcburiyyətində olacaq.
Müxtəlif universitetlərdə təhsil alan, ancaq bir evdə qalan tələbələrin biri xəstəliyə tutulsa,eyni anda bir neçə universitetdə yayılma olacaq və bir neçə ailədə yoluxma olacaq”.
Ekspert-“Normal günlərdə Bakı əhalisinin sıxlığına tab gətirməyən ictimai nəqliyyat yenə xəstəliyin yayılma mənbəyi kimi fəaliyyət göstərəcək”-deyə bildirib.