DAAD-ın azərbaycanlı tələbələr üçün müxtəlif təqaüd proqramları mövcuddur.
AzEdu.az həmin proqramlar və onlar haqqında məlumatları təqdim edir:
Doktorantura və təqaüd proqramları
Ali məktəb müəllimləri və alimlər üçün tədqiqat təqaüdü
Bir qayda olaraq doktoranturanı bitirmiş şəxslər, hər hansı ali məktəbdə və ya tədqiqat institutunda işləyən ali məktəb müəllimi və ya alimlər iştirak edə bilərlər.
Təsvir: Almaniyada ali məktəbdə və ya tədqiqat institutlarında tədqiqat və iş layihəsinin maliyyələşdirilməsi.
Təqaüd- aylıq 2.000 avro
-səyahət xərcləri
Müddət 1-3 aylıq
İncəsənət və memarlıq ixtisaslarını tədris edən ali məktəb müəllimləri üçün səfər təqaüdü
Aşağıdakı ixtisaslar üzrə ali məktəb müəllimləri iştirak edə bilərlər.
Memarlıq
Tətbiqi incəsənət, dizayn və film
Təsviri incəsənət (aktyorluq, rejisorluq, rəqs, xeoqrafiya və s.)
Musiqi
Təsvir: Almaniyada ali məktəbdə və ya ali məktəbdən kənar tədqiqat institutlarında tədqiqat və iş layihələrinin maliyyələşdirilməsi.
Təqaüd -aylıq 2.000 avro
-səyahət xərcləri
Müddət 1-3 aylıq
Sabiq təqaüdçülər üçün yenidən dəvət təqaüdü
6 aydan çox maliyyələşdirilmiş DAAD tədqiqat və ya təhsil təqaüdçüləri iştirak edə bilərlər.
Təsvir: Almaniyada ali məktəbdə və ya tədqiqat institutlarında tədqiqat və iş layihələrinin maliyyələşdirilməsi.
Təqaüd - aylıq 2.000 avro
-səyahət xərcləri
Müddət 1-3 aylıq
Bir qrup xarici tələbələrin Almaniyaya təhsil səfəri təqaüd proqramı
Ali məktəb müəllimləri iştirak edə bilərlər.
Təsvir: Müəllimin müşayiəti ilə ən çoxu 15 tələbədən ibarət qrupun təhsil səfərinin maliyyələşdirilməsi.
Təqaüd - hər günə görə bir nəfərə düşən ödəniş
-səyahət xərcləri
Müddət 7-12 gün
Tədqiqat təqaüdü - İllik təqaüd
Doktorantlar, təqaüdün başlanma müddətinədək magistr təhsilini bitirən gənc tədqiqatçılar və fəlsəfə doktorları iştirak edə bilərlər.
Təqaüd - aylıq 1.000 avro
- sığorta xərcləri
- səyahət xərcləri
- ailə üzvləri (yalnız həyat yoldaşı və əgər varsa övladı) üçün əlavə ödəniş
- əlavə ödəniş
Müddət 7-10 aylıq
Tədqiqat təqaüdü - Qısa müddətli təqaüd
Doktorantlar, təqaüdün başlanma müddətinədək magistr təhsilini bitirən gənc tədqiqatçılar və fəlsəfə doktorları iştirak edə bilərlər. Almaniyada təhsil alan doktorantlar müraciət edə bilməzlər.
Təsvir: Alman elmi rəhbərin razılığı ilə Almaniyada ali məktəbdə və ya tədqiqat institutlarında tədqiqat layihəsinin maliyyələşdirilməsi.
Təqaüd - aylıq 1.000 avro
- sığorta xərcləri
- səyahət xərcləri
Müddət 1-6 aylıq
Tədqiqat təqaüdü – Doktorantura
Təqaüdün başlanma müddətinədək magistr təhsilini bitirən gənc tədqiqatçılar iştirak edə bilərlər.
Təsvir: Almaniyada ali məktəbdə və ya ali məktəbdən kənar tədqiqat institutlarında doktorantura təhsilinin maliyyələşdirilməsi.
Təqaüd -aylıq 1.000 avro
- sığorta xərcləri
- səyahət xərcləri
- ailə üzvləri (yalnız həyat yoldaşı və əgər varsa övladı) üçün əlavə ödəniş
- əlavə ödəniş
Müddət – maksimum 4 illik
Tədqiqat təqaüdü - Bi-National doktorantura
Doktorantlar, təqaüdün başlanma müddətinədək magistr təhsilini bitirən gənc tədqiqatçılar iştirak edə bilərlər.
Təsvir: Azərbaycanda və Almaniyada elmi rəhbər olmaqla Almaniyada ali məktəbdə və ya tədqiqat institutlarında tədqiqatın müəyyən bir hissəsinin maliyyələşdirilməsi.
Təqaüd – aylıq 1.000 avro
- sığorta xərcləri
- səyahət xərcləri
- əlavə ödəniş
Müddət – maksimum 2 illik
Məzunlar üçün təqaüd proqramları
İnkişaf siyasəti ilə bağlı ixtisaslar üçün master təqaüdü (EPOS)
Ən azı iki illik iş təcrübəsi olan məzunlar iştirak edə bilərlər.
Təqaüd - aylıq
- sığorta xərcləri
- səyahət xərcləri
Müddət 1-3 il
ERP - iqtisadiyyat sahəsi üzrə master təqaüdü
Təhsilinin sonuncu kursunda oxuyan tələbələr, ali məktəb məzunları iştirak edə bilərlər.
Təqaüd - aylıq 750 avro
- sığorta xərcləri
- səyahət xərcləri
- əlavə ödəniş
Müddət 18-24 ay
Bütün ixtisas sahələri üzrə təhsil almış məzunlar üçün master təqaüdü
Təhsilinin sonuncu kursunda oxuyan tələbələr, ali məktəb məzunları iştirak edə bilərlər.
Təqaüd - aylıq 750 avro
- sığorta xərcləri
- səyahət xərcləri
- ailə üzvləri (yalnız həyat yoldaşı və əgər varsa övladı) üçün əlavə ödəniş
- əlavə ödəniş
Müddət 10-24 ay
İncəsənət, memarlıq dizayn və musiqi ixtisaslı məzunlar üçün master təqaüdü
Alman ali məktəbi ilə əlaqə saxlamış və razılıq məktubu olan aşağıdakı ixtisaslar üzrə məzunlar iştirak edə bilərlər.
Memarlıq
Tətbiqi incəsənət, dizayn və film
Təsviri incəsənət (aktyorluq, rejisorluq, rəqs, xoreoqrafiya və s)
Musiqi
Təqaüd - aylıq 750 avro
- sığorta xərcləri
- səyahət xərcləri
- ailə üzvləri (yalnız həyat yoldaşı və əgər varsa övladı) üçün əlavə ödəniş
- əlavə ödəniş
Müddət 10-24 ay
Bakalavr və magistr tələbələri üçün təqaüd proqramları
Almaniyada yay dili kursu təqaüdü
Bakalavr təhsilinin ilk və son kursunda oxumayan tələbələr, birinci kurs magistr tələbələri iştirak edə bilərlər.
Təsvir: Almaniyada dil, ixtisas və ya ölkəşünaslıq kursunun maliyyələşdirilməsi.
Təqaüd - birdəfəlik 1525 avro (kurs seçimindən asılı olmayaraq)
Müddət 3-4 həftə