Bu il ali təhsil müəssisələrinin müsabiqəsində 66464 nəfər iştirak edib. Onlardan 44861 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə ən yüksək göstərici I ixtisas qrupunda (13514) qeydə alınıb. Bu göstərici II qrup üzrə 11535, III qrup üzrə 12586, IV qrup üzrə 3572, V qrup üzrə 3654 nəfərdir. Göründüyü kimi, ən aşağı göstərici IV qrupda müşahidə olunub.