“Növbəti həftə ərzində xüsusi təhsil müəssisələrində vakant yerlər açıqlanacaq. Burada xüsusi şagirdlərlə işləyəcək müəllimlərə ehtiyac duyuruq”.
Bu sözləri İnsan Resursları Mərkəzinin direktoru vəzifəsini icra edən Nurlan İsmayılbəyli canlı yayım zamanı deyib. O, bu barədə məlumatın rəsmi facebook səhifəsindən paylaşılacağını da vurğuladı:
“Bu haqda facebook səhifəmizdə paylaşacağıq. Ümid varıq ki, yaxşı namizədlər seçə biləcəyik, aktiv iştirak edəcəksiniz”.