Müəllimlər hər zaman şagirdlərinin irəliləməsinə kömək etmək istəyirlər. Bu irəliləmə hər kəs üçün eyni səviyyədə reallaşmalıdır. Ancaq bəzi şagirdlər üçün başa düşülməyən mövzular olduqda sinifdə səviyyə fərqləri yaranır.
Hər nə qədər “Başa düşməyən var?”, “İzah etmədiyim bir hissə qaldı?” deyə sual versələr də, bəzən sinifdən real cavablar gəlməyə bilir. Bu zaman şagirdlərin dərsi başa düşüb-düşmədiyini yoxlamaq üçün fərqli üsullardan istifadə işinizi asanlaşdırar.
AzEdu.az təqdim edir
Şagirdlər bir şeyləri müzakirə edərkən sinifdə intizamı təmin edən şəxsin siz olduğunuzdan əmin olmaq istəyirsiniz. Əgər sinifdə intizamı qoruya bilmirsinizsə, onda danışıqların düşündüyünüz qədər vacib olmadığını görəcəksiniz. Onlar danışarkən uşaqları həqiqətən dinlədiyinizdən əmin olun. Çünki, əgər dinləmirsinizsə bunu bilirlər. Şagirdləri dinləyərkən onların sizin dediklərinizi həqiqətən də öyrənib öyrənmədiklərini yoxlaya bilərsiniz. Bunun üçün qarşılıqlı danışıqdan istifadə edə, suallar soruşa, müzakirəni yenidən istiqamətləndirə və şagirdlərin diqqətdən qaçırdığı vacib detalları yenidən əlavə edə bilərsiniz.
Şagirdlərin hərəkət etməsinə icazə vermək onların nə bildiklərini göstərmələri üçün çox vacibdir. Çünki eyni anda bədənlərini və beyinlərini istifadə edə bilirlər. Öyrənmə prosesində kinestetik öyrənmə vacibdir. Sinifdə bədənimizi və hərəkətlərimizi istifadə etdiyimiz bir neçə yolu nümunə gətirmək olar:
Sadəcə dərs masanızı istifadə etməyin. Bütün otaqdan istifadə edin. Sıralar arasında gəzə bilərsiniz.
Uşaqların əksəriyyətinin telefona, planşetlərə çıxışı olduğunu bilirik. Bunları sinifə gətirə bilərsiniz. Həm də şagirdlərin istifadə edəcəyi çox sayda proqramlar var. Ödənişsiz olaraq istifadə edilən saytlar var. Buraya üzv olursunuz, bir neçə dəqiqə sonra öz kodunuza sahib olursunuz. Şagirdləriniz cavab verdiklərində bu sizin kompüterinizdə bir qrafik olaraq görünür.
Nəhayət, öyrətdiyiniz bacarıqlara görə asanlıqla sıralaya biləcəyiniz qiymətləndirmə dəstiniz olsun. Bununla bağlı bir çox mənbə var. Başa düşməni yoxlamaq daim hər dərsin bir parçası olaraq qalır. Bunun ən yaxşısını edə bilsəniz, şagirdləriniz nəyi öyrəndiklərini göstərməyi sevəcəklər. Eyni zamanda bilmədiklərini öyrənməkdə də istəkli olacaqlar.
Fidan Ali