25-26 avqust tarixlərində keçirilən müsahibə mərhələsinin nəticələri elan olunub.
İnsan Resursları Mərkəzindən verilən məlumata görə, müsahibə mərhələsində dəvət olunan 1100 namizəddən 904 nəfər iştirak edib.
AzEdu.az xəbər verir ki, müsahibə mərhələsində iştirak edən namizədlərdən 846 nəfəri uğur qazanıb.
Müsahibədə iştirak edən 904 namizəddən 43-ü İbtidai sinif (rus bölməsi), 50-si Musiqi, 141-i Coğrafiya, 142-si Tarix, 255-i Azərbaycan dili və ədəbiyyat, 273-ü isə İbtidai sinif (Azərbaycan bölməsi) üzrə müsabiqəyə dəvət olunan namizədlərdir.