Azedu.az

Bu il də məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib

27 Avqust 2021, 14:00
Bu il də məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib

2017-ci ildən məktəbli formasının satış qiymətlərində heç bir dəyişiklik edilmir. Bu il də məktəbli formalarının qiymətlərində dəyişiklik edilməsi nəzərdə tutulmayıb.

 

AzEdu.az xəbər verir ki, aşağı siniflər üçün kostyumun qiyməti 40 manat, VII-XI sinif şagirdləri üçün isə kostyumun qiyməti 46 manatdır. Bu dəstə pencək, şalvar və yaxud pencək, ətək daxildir. Köynəklərin qiyməti 26–dan 54 ölçüyədək 8 manatdır.

 

“BTE bu il də şagirdləri məktəbli forması ilə təmin etmək üçün hazırdır. Əhalinin rahat alış-verişini təmin etmək üçün metronun “Koroğlu”, “20 Yanvar” və “Həzi Aslanov” stansiyalarının çıxışındakı “Bravo” supermarketlərində BTE-nin satış mərkəzləri fəaliyyət göstərir. Valideynlər, eyni zamanda, BTE-də və Bakıxanov qəsəbəsində fəaliyyət göstərən “Məktəbli dünyası” mağazalarından məktəbli formalarını əldə edə bilərlər”, - deyə E.Əzimov qeyd edib.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox