Dövlət İmtahan Mərkəzi musiqi müəllimliyi ixtisasının rus bölməsi üzrə qeydiyyatdan keçən namizədlərə müraciət edib.
AzEdu.az xəbər verir ki, müraciətdə 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin qəbul planında musiqi müəllimliyi ixtisasının rus bölməsi üzrə plan yerləri nəzərdə tutulmadığı bildirilib.
Bu səbəblə musiqi müəllimliyi ixtisasına qəbul olmaq üçün rus bölməsi üzrə qeydiyyatdan keçən abituriyentlərin həmin ixtisasın Azərbaycan bölməsinə aid ixtisaslarını seçməsinə icazə verilir.