“Abituriyent 4 jurnalında rus bölməsi ürə 21-ci səhifədə dövlət sifarişli yerlər göstərilib. Azərbaycan bölməsində isə 29-cu səhifədə bütün qruplar üzrə bu qeyd olunub. Bunun üçün jurnalı nəzərdən keçirmək lazımdır”.
AzEdu.az-ın məlumatına görə, bu fikirləri DİM sədri Məleykə Abbaszadə canlı yayımda qeyd edib. O, qruplar üzrə artan plan yerlərindən də danışdı:
“I qrup üzrə 820 dövlət sifarişli yer artıb, 4 cu qrup üzrə isə 75 yer. Ali məktəblər üzrə göstəricilər fərqlidir. Canlı yayımdan sonra bu cədvəllərlə tanış ola biləcəksiniz”.