“35 mindən artıq təhsil işçisindən 22 min 686 nəfər peyvəndin hər iki dozasını qəbul edib”.
AzEdu.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Təhsil işçilərinin vaksinasiya ilə bağlı canlı yayımda deyib.
Mühriban Vəliyeva məsafədən təhsilin yaratdığı problemləri və əyani tədrisin bərpası üçün vaksinasiyanın əhəmiyyətini vurğulayıb:
“Bu statistik məlumatlar tərəfimizdən dəqiqliklə yoxlanılıb. Düşünürük ki, əyani tədrisin bərpası üçün bu istiqamətdə lazımı addımlar atmalıyıq. Ən azı 80-90 % vaksinasiyadan keçməlidir ki, biz əyani tədrisi bərpa edə bilək.Məsafədən təhsilin müəyyən üstünlükləri olsa da, müəyyən müddət sonra biz şagirdlərin sağlamlığında, psixoloji durumunda ciddi problemlərin olduğunu gördüş. Bu problemlərin aradan qalxması, əyani tədrisin bərpası üçün hamımız #təhsilüçünvaksinasiya kompaniyasına qoşulmalıyıq”.