Azedu.az

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanlarında 599 nəfər “məqbul” qiymət alıb  

Universitetlər

Qabiliyyət imtahanı

Dövlət İmtahan Mərkəzi (DİM)

21 Avqust 2021, 13:30
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanlarında 599 nəfər “məqbul” qiymət alıb  

Dövlət İmtahan Mərkəzi (DİM) 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 19-da keçirilmiş qabiliyyət imtahanının nəticələrini elan edib.

DİM-dən bildirilib ki, imtahanda iştirak edən abituriyentlərdən 599 nəfər “məqbul” qiymət alıb. Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı, jurnalistika ixtisasını da seçə bilərlər. İxtisas seçimi avqustun 30-dək davam edəcək.

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox