Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsinə, o cümlədən ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul üçün keçirilən xüsusi qabiliyyət imtahanlarının tarixləri müəyyənləşib.
DİM-dən AzEdu.az-a bildirilib ki, növbəti qabiliyyət imtahanları avqustun 20-də keçiriləcək. Abituriyentlər islamşünaslıq (ali), bədən tərbiyəsi (9 və11 illik), musiqi (ali və 9 illik) istiqamətləri üzrə qabiliyyət imtahanı verəcəklər.