"Peyvənd olunmayan müəllim üzbəüz dərs deyə bilərmi? İnanırıq ki, növbəti 20-25 gündə təhsil işçiləri arasında vaksinləşmə faizi daha da yüksələcək".
AzEdu.az xəbər verir ki,bunu Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov facebook səhifəsində yazıb
O bildirib ki, bu günədək ümumi təhsil müəssisələri işçilərindən təxminən 60 min nəfərdən çoxu vaksin olunmayıb. Onlardan immuniteti olanlar 16.500, bu və ya digər səbəbdən vaksin olunmayanlar isə 42 min nəfərdən çoxdur .
Son olaraq qeyd edək ki, İndiyədək ümumi təhsil müəssisələrində çalışan 220 mindən çox təhsil işçisindən 138 min nəfərə yaxını hər iki dozada vaksin olunub.
Gülcahan Məmmədova