Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı avqustun 16-sı saat 23:59-dək davam edəcək.
AzEdu.az xəbər verir ki,bu gün saat 13:00-dək subbakalavrların elektron ərizələrinin ümumi sayı 19834 olub. Təsdiq olunan elektron ərizələrin sayı isə 19081-dir. Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər.
Xatırladaq ki, subbakalavrların ərizələrinin qəbulu iyulun 8-dən aparılır.