Azedu.az

Məktəbəhazırlıq qruplarında uşaqlardan məktəbli forması tələb olunacaq?-CAVAB  

Bağçalar

Elm və Təhsil Nazirliyi

9 Avqust 2021, 14:36
Məktəbəhazırlıq qruplarında uşaqlardan məktəbli forması tələb olunacaq?-CAVAB  

Məktəbəhazırlıq qruplarında uşaqlardan məktəbli forması geyinmək tələb olunmur.

 

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir.

 

Xatırladaq ki, avqustun 10-da 2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbuluna start veriləcək. Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına avqustun 10-u saat 11:00-da, məktəb seçimi prosesinə isə avqustun 12-si saat 11:00-da başlanılacaq. Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-ü saat 18:00-da başa çatacaq.

 

 

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox