Dövlət İmtahan Mərkəzi tərəfindən 11 avqust 2021-ci il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aşağıdakı imtahanların keçirilməsi nəzərdə tutulub.
1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;
2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;
3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;
4. İyun ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün buraxılış imtahanı;
5. Eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.
AzEdu.az DİM-ə istinadən xəbər verir ki, 9 illik təhsil bazasından Kolleclərə sənəd qəbulu və ya ixtisas seçimi Qəbul və qabiliyyət imtahanları keçirildikdən sonra ixtisas seçimi başlayacaq.