Övladının ümumi orta təhsil səviyyəsini bitirdiyi məktəbdə X sinfə qəbul olunmasını istəyən valideynlər nəzərinə
AzEdu.az xəbər verir ki, 03.08. 2021-ci il tarixdən, 18.08.2021-ci il tarixədək ümumi orta təhsil haqqında attestat əlavə olunmaqla məktəbin direktoruna ərizə ilə müraciət etməlidirlər.
Məktəbin direktoru məsələni araşdırıb, uyğun olduğu halda iki iş günü ərzində məktəbin məsul əməkdaşı tərəfindən şagird Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemində (UTİS) 10-cu sinfə qəbulu qeyd edilir. Şagirdin X sinfə qəbulu uyğun hesab edilmədikdə ona səbəblər göstərilməklə rəsmi cavab məktubu göndərilməlidir.