“2021-2022-ci tədris ilində bəzi ixtisaslar üzrə universitetlərin bakalavriat səviyyəsində 10 240 yer ayrılıb”.
AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı təşkil olunan canlı yayım zamanı deyib.
O, qeyd edib ki, həmin yerlərdən 4 175-i dövlət sifarişi əsasında olacaq.