İxtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsi yekunlaşıb. Nəticələrə əsasən hansısa fənndən 0 bal toplayan abituriyentlər də az deyil. Bəs abituriyent bir fənndən “0” bal toplayıbsa, yalnız ödənişli əsaslarla təhsil ala bilər?
AzEdu.az DİM-ə istinadən xəbər verir ki, fənnlər üzrə bal məhdudiyyəti yoxdur. Həmin abituriyentlər ödənişsiz təhsil hüququndan yararlana bilərlər.