Azedu.az

“Vakant yerlərin artması bilavasitə bundan asılıdır”-Şöbə müdiri ƏN ƏSAS səbəbi açıqladı

Müəllimlər və elm adamları

MİQ

29 İyul 2021, 12:06
“Vakant yerlərin artması bilavasitə bundan asılıdır”-Şöbə müdiri ƏN ƏSAS səbəbi açıqladı

 

“İlboyu Təhsil Nazirliyi vakant yerləri artırır. Biz başa düşməliyik ki, təhsil sistemi demoqrafik vəziyyətlə bağlı ya genişlənir, ya da daralır. Məktəbdə əlavə vakansiya yaratmaq kimi vəziyyət yoxdur”.

 

AzEdu.az-ın məlumatına görə, bunu  Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib. O, vakansiya prosesində demoqrafik vəziyyətin vacibliyini də vurğuladı:

 

“Yaxşı  ki,  ölkəmizdə demoqrafik vəziyyət yaxşıdır,  usaqlarımızın sayı çoxalır. Vakant yerlər var ki, dağ kəndlərindədir ki,  ora da müəlimlər getmək istəmirlər. Yaşadıqları əraziyə uygun yer istəyirlər. Bizdə həmin regionlara müəllimlər lazımdi.  Sizə iş təklif olunursa bunu oldugu kimi qəbul etmək lazımdır. Bu bizim arzumuzla olmur, demoqrafik vəziyyətdən asılıdır”.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox