Azedu.az

Bu qədər müəllim yenidən imtahan üçün müraciət edib-RƏSMİ

MİQ

29 İyul 2021, 11:11
Bu qədər müəllim yenidən imtahan üçün müraciət edib-RƏSMİ

“Test tapşırıqlarının çətinlik dərəcəsindən narazı qalan 3000 nəfərə yaxın müəllim olmaq istəyən namizəd təkrar imatahanda iştirak üçün müraciət edib”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyib.

 

Onun sözlərinə görə, hazırda 35 min nəfərə yaxın müəllim olmaq istəyən namizəd müəllimlərin işə qəbulu üzrə imtahanlarda iştirak edib.

 

Qeyd edək ki, iyulun 12-də keçirilən ibtidai sinif, 23 və 26 iyulda keçirilən Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə seanslarda istifadə edilən test tapşırıqlarının bu fənlər üzrə digər tarixlərdə keçirilən seanslarda istifadə edilən test tapşırıqlarından çətinlik dərəcəsinə görə fərqləndiyi müəyyən edilib. Bu seanslarda texniki xüsusiyyətləri baxımından fərqlənən test tapşırıqlarına görə namizədlərə əlavə ballar veriləcək.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox