Avqustun 2-də MİQ müsabiqəsinin test mərhələsi başa çatacaq. AzEdu.az daimi olaraq yüksək nəticə əldə edən müdavimlərin təəssüratlarını təqdim edir. Bəs aşağı bal toplayan namizədlər üçün müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə işə qəbul prosesi necə həyata keçiriləcək?
AzEdu.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu Nazirlik tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşdirilmiş qaydada həyata keçirilir.