Azedu.az

Ali məktəblərə qəbul olmaq üçün bu qədər subbakalavr ərizəsini təsdiqlədib  

Universitetlər

Dövlət İmtahan Mərkəzi (DİM)

26 İyul 2021, 12:07
Ali məktəblərə qəbul olmaq üçün bu qədər subbakalavr ərizəsini təsdiqlədib  

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu avqustun 10-dək internet vasitəsilə aparılır. Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ali təhsil almaq istəyən subbakalavrlar isə iyulun 23-dək ərizələrini təsdiq etməlidirlər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, subbakalavrlar DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Bu gün saat 11:20-yə olan məlumata görə, 13 min 218 subbakalavr elektron ərizəsini təsdiqlədib.

Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...
Son xəbərlərDaha çox