Azedu.az

Bakalavrların  qeydiyyat  müddəti uzadıldı - Bu tarixədək 

Elm və Təhsil Nazirliyi

Dövlət İmtahan Mərkəzi (DİM)

21 İyul 2021, 14:25
Bakalavrların  qeydiyyat  müddəti uzadıldı - Bu tarixədək 

Məlum olduğu kimi, ali təhsilin magistratura səviyyəsinə qəbul olmuş şəxslərin qeydiyyatı portal.edu.az platformasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən aparılır.

 

Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olmuş şəxslər iyulun 13-dən etibarən elektron qaydada qeydiyyatdan keçirlər.

 

21 iyul səhər saatlarına olan məlumata əsasən 8941 (83%) bakalavr müraciətini sistemə daxil edib. Ali təhsil müəssisələri tərəfindən hələlik 6574 (61%) bakalavrın müraciəti qəbul olunub. Hazırda proses davam edir.

 

Bakalavrların nəzərinə çatdırırıq ki, qeydiyyat müddəti 26 iyul saat 23:59-dək uzadılıb

 

Bakalavrlar //portal.edu.az/ platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

 

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

 
ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox