Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə I siniflərinə müəllim seçiminin vaxtı dəyişdirilib.
Təhsil Nazirliyindən bildirilib ki, iyulun 19-u qeyri-iş gününə təsadüf etdiyinə görə I siniflər üzrə qəbul edilmiş uşaqlar üçün iyulun 26-dan müəllim seçimini etmək mümkün olacaq.