Azedu.az

DİM-də keçiriləcək SAT imtahanlarının tarixləri açıqlanıb  

Dövlət İmtahan Mərkəzi (DİM)

16 İyul 2021, 11:49
DİM-də keçiriləcək SAT imtahanlarının tarixləri açıqlanıb  

2021-ci ilin ikinci yarısı və 2022-ci ilin birinci yarımilində Dövlət İmtahan Mərkəzində (DİM) keçiriləcək SAT imtahanlarının tarixləri elan olunub.

DİM-dən AZƏRTAC-a bildirilib ki, SAT imtahanları ABŞ-ın ETS (Educational Testing Service - Təhsildə Qiymətləndirmə Xidməti) təşkilatının dəstəyi ilə College Board (Ali Təhsilə Qəbul Şurası) tərəfindən hazırlanır və dünyanın müxtəlif ölkələrində olan test mərkəzlərində keçirilir.

İmtahanlar bu il avqustun 28-də, oktyabrın 2-də, dekabrın 4-də, gələn il isə martın 12-də və mayın 7-də keçiriləcək.

İmtahanların tarixləri DİM-in saytının “Təqvim” bölməsinə əlavə olunur. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləmək tövsiyə olunur.

 

 

 

DİQQƏT: Moskvadakı azərbaycanlıların nəzərinə!
Son xəbərlərDaha çox