Azedu.az

Bakıda məktəb direktorlarının fəaliyyəti təhlil olunur  

Məktəblər

7 İyul 2021, 12:05
Bakıda məktəb direktorlarının fəaliyyəti təhlil olunur  

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən məktəb direktorlarının 5 illik hesabatları dinlənilir və müvafiq dövrü əhatə edən fəaliyyət təhlil olunur.

 

İdarədən bildirilib ki, dinlənilmədə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak edirlər.

 

Hesabatların keçirilməsində əsas məqsəd 5 il ərzində məktəb direktorunun ümumi fəaliyyətini dəyərləndirmək, məktəbin inkişaf dinamikasını təhlil etmək, təhsil müəssisələri rəhbərlərinin növbəti tədris ili üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir.

 

Qeyd edilən məsələlərlə bağlı müvafiq tövsiyələr verilir, direktorları maraqlandıran suallar cavablandırılır və qarşılıqlı fikir mübadiləsi aparılır.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox