2019-2023-cü illər üzrə xaricdə doktorantura üzrə Dövlət Proqramına namizədlərin seçimi həyata keçirilir.
Bəs, Azərbaycanda doktoranturanı bitirən şəxs ikinci dəfə xaricə doktoranturaya bu proqram vasitəsi ilə qəbul olabilərmi?
AzEdu.az xəbər verir ki, bu sualı Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov “2021-ci il üzrə xaricdə doktorantura təhsili” ilə bağlı canlı yayımda cavablandırıb.
O bildirib ki, qanunvericiliyə əsasən, ikinci təhsil ödənişli əsaslarla həyata keçirilir. Bu proqram isə tamamilə dövlət tərəfindən maliyyələşdirilir,yəni ödənişsiz əsaslarla həyata keçirilir.