Azedu.az

Qəbul imtahanlarında iştirak etmiş abituriyentlərin nəzərinə!  

Bakalavr və sınaq imtahanları

19 İyul 2018, 09:17
Qəbul imtahanlarında iştirak etmiş abituriyentlərin nəzərinə!  

İyulun 18-də Dövlət İmtahan Mərkəzi  (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb.

AzEdu.az xəbər verir ki, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (keşmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Abituriyentlər Apelyasiya Komissiyasına 19, 20 və 23 iyul 2018-ci il tarixlərində saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Qeyd: Apelyasiya Komissiyası fəaliyyətini başa çatdırdıqdan sonra test tapşırıqlarının məzmunu, həmçinin imtahanda baş vermiş digər hallarla bağlı müraciətlərə baxılmır.

Zelenskidən açıqlama - İstefa verməyə hazıram!
Son xəbərlərDaha çox