Azedu.az

İşə qəbul imtahanına start verilib  

MİQ

Elm və Təhsil Nazirliyi

24 İyun 2021, 13:52
İşə qəbul imtahanına start verilib  

İyunun 24-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.

 

AzEdu.az xəbər verir ki, Bakı şəhəri 220 nömrəli məktəb-liseydə keçirilən test imtahanında 563 nəfər iştirak etmək hüququ qazanıb.

 

Müsabiqəyə qatılan şəxslər 40 sualdan ibarət test tapşırığını 60 dəqiqə ərzində cavablandırıblar.

 

Şəffaflığın artırılması məqsədilə imtahan prosesinin videoçəkilişi aparılıb.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva 220 nömrəli məktəb-liseydə müsabiqənin gedişini izləyib.

 

İyunun 25-də keçiriləcək uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul imtahanında isə 216 nəfərin iştirakı nəzərdə tutulur.

 

Qeyd edək ki, I mərhələnin (elektron ərizələrdə qeyd edilmiş məlumatlar əsasında müraciət etmiş şəxsin müvafiq vəzifə üzrə müsabiqədə iştirak üçün uyğunluğunun yoxlanılması) yekunu, eyni zamanda müsabiqənin keçirilmə yeri və vaxtı barədə məlumatlar artıq namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

Müsabiqə ilə bağlı hər hansı sual yaranarsa, namizədlər (012) 599-12-22 (daxili 60-22; 60-24; 60-28) nömrəli telefonlar vasitəsilə əlaqə saxlaya bilərlər.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox