Paytaxt üzrə 308 məktəbdə “Yay məktəbi” təşkil olunub BŞTİ-nin tabeliyindəki 308 ümumi təhsil müəssisəsində “Yay məktəbi” təşkil edilib.
BŞTİ-dən AzEdu.az-a verilən məlumata görə, 16-30 iyun tarixlərini əhatə edən “Yay məktəbi”nə ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla qoşulublar. “Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib.