Azedu.az

Eyni şəxs ikinci dəfə magistratura təhsili ala bilər? – RƏSMİ    

Universitetlər

Magistratura

Dövlət İmtahan Mərkəzi (DİM)

20 İyun 2021, 15:39
Eyni şəxs ikinci dəfə magistratura təhsili ala bilər? – RƏSMİ    

Bir şəxsin bir neçə dəfə magistratura təhsili almasına məhdudiyyət tətbiq olunmur.

 

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər. Məlumatda qeyd olunur ki, qəbul qaydalarına əsasən, magistratura səviyyəsinə qəbul olmaq istəyən şəxslər üçün yaş məhdudiyyəti də müəyyən edilməyib.

 

Eyni zamanda bir şəxsin bir neçə dəfə magistr təhsili almasına məhdudiyyət tətbiq olunmur. Məhdudiyyət, yalnız dövlət sifarişi əsasında ödənişsiz təhsil almaq hüququ ilə bağlıdır. Vətəndaşlar təhsil səviyyələrinin hər birində dövlət sifarişi əsasında təhsil almaq hüququndan yalnız bir dəfə istifadə edə bilərlər.

 

Yəni, bir dəfə ödənişsiz olaraq magistr təhsili almısınızsa, ikinci ixtisaslaşmalara qəbul ödənişli əsaslarla aparılacaq.

 

Xatırladaq ki, magistratura səviyyəsinə qəbul olunmaq istəyən bakalavrların imtahanın II mərhələsi üzrə ərizələrinin onlayn qəbulu 26 apreldən mayın 7-nə kimi davam edəcək.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox