Təhsildə keyfiyyəti artırmaq üçün fərdi yanaşmanın vacibliyi.
Şagird sosial toplumdur. Sosial varlıq olan şagird özündən daha geniş məhfum olan uşaq toplumunun içərisindən çıxır. Yəni hər bir uşaq şagird olmaya bilər, amma bütün şagirdlər uşaqdır. Riyazi dillə desək, şagird uşaq çoxluğunun alt çoxluğudur.
Şagirdə yanaşma fərdi olmalıdır. Şagirdin məktəbə gələnə qədər bir həyatı olub və bu illərdə onun inkişaf etaplarının necə olduğunu, hansı travmaları almasını və paralel olaraq nə yaşadığını bilmirik. Keyfiyyat varsa, bu daha yaxşı yoxdursa...bunun səbəblərini araşdırmadan şagirdə kömək edə bilmərik.
100 - ə yaxın şagirdlə apardığım araşdırmaya əsasən, keyfiyyətin olmaması üçün mümkün səbəblərin aşağıdakılar olduğunu düşünürəm:
Bütün bu səbəblərin hər birinin özünəməxsusluğu və xırdalıqları var.
Müəllim psixologiya və uşaq inkişafı ilə sıx əlaqəli olmalı və vaxtaşırı biliklərini artırmalıdır. Uşaq inkişaf etaplarını bilməyən müəllim sözsüz ki, kömək etməkdə çətinlik çəkəcək.
“ Uşaq İnkişafı” nədir?
BMT “Uşaq Hüquqları üzrə Konvensiyası”nda 18 yaşa qədər hər kəs uşaq sayılır. Bu dövr uşaq inkişaf dövrü olaraq, çox mürəkkəb prossesdir və bu inkişaf insanın gələcək həyatının təməlinin əsasını təşkil edir.
Uşaq İnkişafı anlayışı 4 müxtəlif istiqaməti özündə əks etdirir.
Uşaq inkişafı eyni zamanda 3 mərhələyə bölünür:
Hər bir müəllim Uşaq İnkişaf etaplarında hər dörd istiqamət üzrə uşağın normal davranış və inkişaf ardıcıllığını bilməli və izləməlidir. Bu 4 istiqamətdən birində problem varsa, dərs keyfiyyətinə mütləq təsir edəcək və öyrənmə prossesini ləngidəcək.
Bunun qarşını almaq üçün şagirdi hərtərəfli öyrənmək və tətqiq etmək lazımdır.
Mənim təklifim maraqsız və ya uzun ola bilər, ama nəticəsiz olacağını düşünmürəm. Şagirdin təhsildə keyfiyyətini artırmaq üçün, onun ailədə dəyərini, yaşamını, ətrafını, sağlamlığını, düşüncə, ideya və istəklərini öyrənməliyik.
Bunun üçün “ Sosial iş prinsiplərindən” yararlanaraq, eyni zamanda sadələşdirərək və təhsilə uyğunlaşdıraraq hazırladığım “5 addım” prinsipini sizə təqdim edirəm.
İlk dəfə Monika Mak Qoldrikin istifade etdiyi bu üsul ailə və ailə üzvləri arasında münasibətləri öyrənir. Bu genoqram dərin psixoloji faktorları öyrənmək üçün istifadə olunur. Genoqramın sadələşdirilmiş variantını təqdim edirəm.
Ziqzaq xətlə problemli münasibətlər göstərilir.
Şagirdlərlə 30 dəq vaxt sərf edərək bu sualları cavablandırıb əlimiz altında saxlamalı və üzərində öz qeydlərimizi və addımlarımızı yazmalıyıq.
Zəif tərəflərin üzə çıxarılıb, aradan qaldırması keyfiyyət faizini yüksəldə bilər.
Digər tərəfdən genoqram vasitəsilə şagirdə ailənin dəstəyini öyrənə və kimin nece kömək edəcəyini aydınlaşdıra bilərik.
Şagirdin coğrafi ətrafını təyin edən xəritədir. Ekoxəritə vasitəsi ilə şagirdin əlaqədə olduğu yerlərin siyahısını tərtib edə, tanıya və araşdıra bilərik. Şagirdin ekoxəritəsi nə qədər zəngin və sağlamsa şagird bir o qədər zəngin dünyagörüşə malikdir. Ekoxəritə vasitəsi ilə biz şagirdin ətrafını araşdırıb kömək məqsədi ilə resurslar üzə çıxara bilərik. Məs: Şagirdin getdiyi dost ailənin uşağı ilə həmyaşıd olması ona dərslərində kömək ola bilməsi üçün əla fürsətdi. İki fərqli məktəbdə oxuyan şagird arasında yarışmalar təşkil etmək , şagirdləri təhsilə həvəsləndirmək gözəl olar.Və yaxud yaxında yaşayan əmi ailəsində yaşca yuxarı sinifin şagirdi olan əmioğlu varsa, təbii ki, əla resursdur.
Məktəb Kitabxana
Baba evi Şagird Digər qohumlar
İdman məktəbi Musiqi məktəbi
3.Uşağın qiymətləndirilməsi cədvəli
Şagirdimizlə 10 dəq vaxt sərf edərək, sualları cavablandırmasını istəyirik və sualların cavablarını analiz edərək, ailə tablosunu yaradırıq. Uşağın ailədəki yerini və dəyərini təyin etdikdən və bildikdən sonra kömək etmək daha asan olacaq.
Sıra № si | Suallar
Qiymətləndirmə | Həmişə | Bəzən | Heç vaxt |
1 | Valideyinlərin səninlə söhbət edirmi? |
|
|
|
2 | Sənə geyim və ya əşya alınarkən, sənin istəklərin nəzərə alınırmı, seçim haqqın varmı? |
|
|
|
3 | Valideyinlərlə gəzintiyə və ya qohum evinə, ad günlərinə və s gedirsənmi? |
|
|
|
4 | Məktəb üçün lazım olan ləvazimatlar alınırmı? |
|
|
|
5 | Xəstəlikdə sənə qulluq olunurmu? |
|
|
|
6 | Valideyin dərs və təhsilin haqqında səni sorğu sual edirmi? |
|
|
|
7 | Dostun üçün hədiyə almaq istəsən, sənə kömək edərlərmi? |
|
|
|
8 | Yüksək qiymət aldıqda, sevincini evdə bildirisənmi? |
|
|
|
9 | Valideyinlərin səni tərifləyirmi? |
|
|
|
10 | Valideyinlərindən, ailəndən razısanmı? |
|
|
|
4.Fəaliyyət planı
1 – aydan az 3 aydan çox vaxtı əhatə etməməlidir.
Problem | Həll yolu (yolları) | Vaxt | Nəticə |
Şagirdin sağlamlıq problemi. Bu səbəbdən dərs buraxır. | 1.MX ilə danışıb müayinəsinə nəzarət etmək. 2. Dərs gəlmədiyi günlərdə evinə getməklə və skayp, vatsap və s vasitələrlə dərs prosesini təmin etmək | davamlı |
|
Şagird ailəsinin həyətyanı sahəsində kömək etdiyi üçün dərs oxumağa vaxtı olmur. | 1. Valideyinlə söhbət aparıb, uşaq istismarının qarşısını almaq. 2. Dərsdən sonra digər uşaqlardan gec getməklə dərslərini müəllimin köməyi ilə etməsinə şərait yaratmaq. | 1 ay |
|
Şagird uzaqda yaşayır yağışlı havalarda gəlmir və ya gecikir. | 1. Yaxında yaşayan şagirdləri araşdırmaq, yuxarı sinif şagirdlərindən gələrkən həmin şagirdi də gətirmələrinə kömək etmək və yaxud maşınla gələn ailələrdən birindən kömək etməsini xahiş etmək. | 1 həftə |
|
Fəaliyyət planı real və araşdırmaların nəticəsində hazırlanmalı, müəllimin və şagirdin imkanları nəzərə alınmalıdır.
Bütün şagirdlərimizin fərdi yanaşmaya ehtiyacı olmadığı üçün ”5 addım” yanaşmasını bütün şagirdlərə tətbiq etməyə bilərik, fəaliiyət planındakı fərdi yanaşma prosesindən sonra 5 ci sonuncu addımı həyata keçirirsiniz.
Şagirdin meyarlar üzrə keyfiyyət faizini fəaliyyət bitdikdən sonra olan
keyfiyyət faizi ilə müqayisə edirik.
sı sıra | Meyarlar | Keyfiyyət yüksəlib | Keyfiyyət azalıb | Dəyişməz qalıb |
1
| Dərsə davamiyyəti |
|
|
|
2 | Biliyi |
|
|
|
3 | Oxumağa marağı |
|
|
|
4 | Məsuliyyəti |
|
|
|
5 | Səliqə və intizamı |
|
|
|
6 | Əməkdaşlığı |
|
|
|
7 | Dinləmə bacarığı |
|
|
|
Əziz həmkarlar, inanıram ki, hər bir müəllim şagirdlərinin bilik və bacarıqlarının yüksək səviyyədə olmasını istəyir və buna çalışır. Mən öz təcrübəmə dayanaraq demək istəyirəm ki, keyfiyyətli, savadlı şagirdlər yetişdirmək istəyiriksə, onları yaxından tanımalıyıq. Şəxsiyyətinə, həyatına, arzularına və resurslarına bələd olduğumuz şağirdlərlə işləmək asan olacaq və gözlədiyimizdən də asan olacaq.
Saatlı rayon Hacıqasımlı kənd tam orta məktəbin müəllimi
Qarayeva Aynur Cavid qızı
24 oktyabr 2017- ci il