Azedu.az

Rezidenturaya ixtisas seçiminin vaxtı uzadıldı

Rezidentura

17 İyul 2018, 11:28
Rezidenturaya ixtisas seçiminin vaxtı uzadıldı

AzEdu.az xəbər verir ki, rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi 17 iyul saat 23:59-dək davam edəcək. 

Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları  “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunan “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən (səh. 5-7) seçib təsdiq etməlidirlər.

Qeyd olunan tarixədək elektron ixtisas seçimi ərizələrini təsdiq etməyənlər müsabiqəyə buraxılmayacaqlar.

İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU
Son xəbərlərDaha çox