Bakıda bir neçə gün bundan əvvəl özəl “Kids studio” adlı uşaq bağçasında uşaqların döyülmə isə bağlı yayılan videogörüntülərdən sonra bağça öz fəaliyyətini dayandırıb.
Bir çox ölkələrin uşaq bağçalarında ayrı-ayrı vaxtlarda bu kimi hallar yaşanıb.
AzEdu.az digər ölkələrin uşaq bağçalarında baş verən bu kimi hadisələri təqdim edir:
Malayziyanın Kajang şəhərinin Sungai Jerlok qəsəbəsindəki uşaq bağçasında bağça müəllimi dördyaşlı qızın üzünün hər iki tərəfindən qulağından sillə vurub və daha sonra həkimlər qızın yanaqlarında, qulaqlarında yumşaq toxumanın zədələndiyini təsdiqləyiblər. Tərbiyəçi isə həbs olunub;
Türkiyənin İstanbul şəhərində özəl uşaq bağçasında uşaqlar müəllim tərəfindən şiddətə məruz qalıb. Hadisəni öz uşağı həmin bağçada olan Zeynəb Atasevər aşkara çıxarıb;
Çinin Quanqzou şəhərində bir müəllim Yao Yao adlı uşağı döyüb. Döyülmə faktı videogörüntüdə öz əksini tapıb. Dördyaşlı uşağın valideynləri tərəfindən edilən şikayət əsasında müəllim həbs olunub;
Cənubi Koreyada da bir uşaq bağçasında uşaqlara qarşı fiziki zorakılığın baş verməsi gizli kamera görüntüləri ölkədə geniş əks-sədaya səbəb olub. Siyasətçilər isə bu cür halların baş verməməsi üçün bütün uşaq bağçalarında gizli kamera tətbiq etməyin lazım olduğunu bildiriblər.