Azərbaycanda, o cümlədən paytaxt Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” tədbiri keçirilir.
2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 84 069 nəfər şagird bitirir.
Təhsil Nazirliyi AzEdu.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu il 4 məktəbin yalnız 1 məzunu olub.
Həmin təhsil müəssisələri Laçın rayon Qarakeçdi kənd M.Məmmədov adına 2 saylı tam orta məktəb, Laçın rayon Şeylanlı kənd A.Alməmmədov adına 1 saylı tam orta məktəb, Abşeron rayon Bəklə kənd tam orta məktəb, Yardımlı rayon Perinbel kənd tam orta məktəbdir.
Qeyd edək ki, məzunlardan 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır.