Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu bu gün başa çatır.
Sənəd qəbulu zamanı ərizələrin təqdim edilməsi üçün son tarix 11 iyun 23:59-dur.
Bəs müraciət zamanı ərizədə müəyyən səhvlərə yol verən zaman nə etçək lazımdır?
AzEdu.az xəbər verir ki, İnsan Resursları Mərkəzindən verilən məlumata görə, bu halda mərkəzin elektron poçt ünvanına ([email protected]) şəxsiyyət vəsiqənizin hər iki üzünün şəklini, əlaqə nömrənizi və müraciətinizin məzmununu ətraflı qeyd etməklə müraciət etməlisiniz.
Müraciətiniz əsasında ərizəniz geri qaytarılacaqdır və 11 iyun saat 23:59-dək şəxsi səhifənizə daxil olaraq elektron ərizənizdə müvafiq düzəlişlər edib, ərizənizi yenidən təsdiqləməlisiniz.
Qeyd edeək ki, MİQ-ə elektron sənəd qəbulunaq 4 iyun tarixindən etibarən start verilmişdi.
Əziz namizədlər,müraciət üçün tələsin.Hər birinizə uğurlar!