Azedu.az

Direktor müavinlərinin işə qəbulu ilə bağlı qiymətləndirmə çərçivəsi müəyyənləşib  

Məktəblər

Elm və Təhsil Nazirliyi

11 İyun 2021, 13:48
Direktor müavinlərinin işə qəbulu ilə bağlı qiymətləndirmə çərçivəsi müəyyənləşib  

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin qiymətləndirmə çərçivəsi müəyyən olunub.

 

AzEdu.az xəbər verir ki, qiymətləndirmə çərçivəsi məzmun istiqamətləri, namizədlərdən tələb olunan səriştələr, mövzular və tövsiyə edilən materiallardan ibarətdir. Müsabiqədə namizədlərin müvafiq mövzular ətrafında təlim prosesinin təşkili, təhsildə qiymətləndirmə, məntiq, rəsmi sənədlər və İKT üzrə bilikləri qiymətləndiriləcək.

 

Qeyd edək ki, müvafiq vəzifələr üzrə işə qəbul olmaq istəyən 1143 nəfər //musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçib.

 

Qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcək.

 

Müsabiqənin seçim mərhələsinədək vakansiya siyahısına əlavə və düzəlişlər edilə bilər.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini və uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin qiymətləndirmə çərçivəsi

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox