Təhsil naziri Emin Əmrullayev vaksin vurdurmayan müəllimlərin sentyabrda dərsə qayıdıb-qayıtmayacağına aydınlıq gətirib.
AzEdu.az xəbər verir ki, təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib ki, immuniteti olan müəllimlərin məktəblərə gəlməsi daha düzgündür: “İmmuniteti olmayanların məktəbə gəlmələrini təhlükəli hesab edirik. İlk növbədə həmin adamların özləri üçün bu, təhlükəlidir. Çünki yoluxma artanda öyrənmə prosesi dayanır və biz istəməzdik ki, öyrənmə prosesi dayansın”.