Azedu.az

Respublikanın 15 şəhər və rayonunda doqquzuncu siniflər üçün buraxılış imtahanları keçirilir  

Buraxılış İmtahanları

Dövlət İmtahan Mərkəzi (DİM)

9 İyun 2021, 11:24
Respublikanın 15 şəhər və rayonunda doqquzuncu siniflər üçün buraxılış imtahanları keçirilir  

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərinin Nərimanov, Nəsimi, Qaradağ rayonlarında, Naftalan şəhərində, Abşeron (2-ci hissə), Ağdam, Goranboy, Masallı (1-ci hissə), Sabirabad, Şamaxı, Tərtər, Xaçmaz (1-ci hissə), Zaqatala rayonlarında ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir.

Mərkəzdən  bildirilib ki, imtahan keçirilən 15 şəhər və rayonda ümumilikdə 96 imtahan binası, 1638 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 96 ümumi imtahan rəhbəri, 271 imtahan rəhbəri, 2048 nəzarətçi-müəllim, 192 buraxılışı rejimi əməkdaşı (mühafizə), 96 bina nümayəndəsi ayrılıb.

Bu gün keçirilən imtahanlarda 21 min 423 şagirdin iştirakı nəzərdə tutulur.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox