Ərizə qəbulunun başa çatmasına saatlar qaldı.
Ali və orta ixtisas (11 illik) təhsil müəssisələrinə ərizə qəbulunun hər iki bölmə üzrə birgə statistikası:
Bu statistikanı təhsil eksperti Elçin Əfəndi AzEdu.a-a açıqlaması zamanı bildirib. Həmin göstəriciləri təqdim edirik:
I ixtisas qrupu üzrə 26824 nəfər;
II ixtisas qrupu üzrə 15295 nəfər;
III ixtisas qrupu üzrə 19872 nəfər;
IV ixtisas qrupu üzrə 4714 nəfər;
V ixtisas qrupu üzrə 52459 nəfər;
Kollec (11 illik) üzrə 54954 nəfər. Ümumilikdə 78656 nəfər ərizəsini təsdiq edib.
Qeyd edim ki, V qrupu ərizəsində qeyd edən 52459 nəfərdən cəmi 7491 nəfər qabiliyyət üzrə qeydiyyatdan keçib.