Valideyn-məktəb əlaqələrinin səmərəliliyi şübhə doğurmayan bir gerçəklikdir. Valideynlərlə əməkdaşlıq yalnız məktəb direktorunun deyil, eyni zamanda, kollektiv təşkilatçılıq işi olduğundan məktəbin pedaqoji kollektivi də bu sahədə əməkdaşlığa cəlb olunmalıdır. Məktəblə valideyn arasında düzgün və əlverişli ünsiyyət kanalları yoxdursa, valideyn öz övladının akademik, psixoloji və fizioloji inkişafını izləyə obyektiv nəticələr çıxara bilmir.
Məktəb-valideyn əlaqələrinin qurulmasında məktəb rəhbərliyinin qarşılaşa biləcəyi problemlər aşağıdaklardır:
Valideynlərin əvvəlki tədbilərdə yaşadığı mənfi təcrübələr
Vaxt məhdudiyyəti
Şagirdin, valideynin yaşadığı ərazinin məktəbdən uzaq olması
Yer, məkan problemləri
İctimai statuslarda olan fərqlər
Məktəb rəhbərliyi problemlərin həllində aşağıdakı cəhətləri nəzərə almalıdır:
AzEdu.az həmin məqamları təqdim edir:
Valideynin mədəni səviyyəsi
Adət-ənənələrə uyğun davranış
Valideynləri və cəmiyyətdə yüksək mövqe tutan, uğurlu insanları öz uğur hekayələrini danışmaları üçün uşaqlarla görüşə dəvət etmək
Valideynlərin öz uşaqlarından gözləntilərini öyrənmək
Məktəb direktoru və məktəbin digər rəhbər işçiləri bütün bu proseslərdə müəllimlərlə sıx əlaqədə olmalıdır.
Mənbə: Məktəbəqədər və ibtidai təhsil elmi-metodik jurnal