İyunun 4-dən 2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu prosesinə başlanılıb.
AzEdu.az xəbər verir ki, namizədlər 11 iyun saat 23:59-dək miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə dair vətəndaş müraciətlərinin cavablandırılması üçün aşağıdakı xidmətlər təqdim edilir:
- Çağrı Mərkəzi: “146-1” nömrəsi (həftənin iş günləri və saatları)
- "Whatsapp nömrə": (+994) 51 206 78 48 (həftənin iş günləri və saatları)
- İnsan Resurları Mərkəzi: Tel: (+994) 12 430 52 78 E-mail: [email protected]