Məktəb uşağın həyatında böyük hadisədir. Bu baxımdan uşaqların məktəb həyatına tam hazırlanmaları tərbiyəçi-müəllimlərin, valideynlərin qarşısında duran mühüm vəzifələrdəndir.
Uşağın məktəb təliminə hazırlanması, kiçik yaş qruplarından başlayaraq, proqramlaşdırılmış, düşünülmüş şəkildə aparılır, məktəbəhazırlıq qruplarında daha da intensivləşdirilir və təkmilləşdirilir. Bu yaşda uşaqların məktəbə haırlanmaları onların məktəbə asanlıqla təhsil ala bilmələrini təmin edir.
Təəssüf ki, hələ də tətbiq edilən “məktəb modeli” məktəbəqədər hazırlıq üçün məqsədəuyğun deyil. Uşaqlara bilik və bacarıqları hazır vermək əvəzinə, biliklərə yiyələnmək, onları tətbiq etmək yollarını öyrətmək lazımdır. Adətən, uşaqlara texniki, elmi, mədəni nailiyyəətləri, onlara yiyələnmənin vasitə və yollarını yaşlılar öyrədirlər. Uşaqlıq dövrünün ilk illərində əsaslı bünövrə qoyulmadan onun gələcək inkişafını təmin etmək mümkün deyil.
Məktəbəqədər hazırlıqda aşağıdakı cəhətlərə diqqət yetirilməlidir:
Uşağın kommunikativ bacarıqlarının inkişafı
Məktəbli statusunun mənimsədilməsi
Məktəb həyatı haqqında bilik və təsəvvürləri yaradılması
Uşağı təlim fəaliyyətinin çətinliklərinə alışdırmaq
Uşaqda təlim motivasiyasının yaradılması və tədricən möhkəmləndirilməsi
Mənbə:məktəbəqədər və ibtidai təhsil elmi-metodiki jurnal