Azedu.az

Respublika fənn olimpiadalarının final turu keçirilib  

Məktəblər

31 May 2021, 11:24
Respublika fənn olimpiadalarının final turu keçirilib  

Azərbaycan dili və ədəbiyyat, tarix və coğrafiya fənləri üzrə fənn olimpiadalarının respublika mərhələsinin final turu keçirilib.

Təhsil Nazirliyindən  bildirilib ki, S.C.Pişəvəri adına humanitar fənlər təmayüllü gimnaziyada baş tutan final turunda Azərbaycan dili və ədəbiyyat fənni üzrə 73, tarix fənni üzrə 72, coğrafiya fənni üzrə 75 şagird iştirak edib. Nəticələr yoxlama və münsiflər heyətinin iştirakı ilə yazı işlərinə baxış prosesindən sonra elan olunacaq.

Qeyd edək ki, respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox