Azedu.az

Kanada məktəbində 215 uşaq cəsədinin qalığı tapılıb  

Məktəblər

31 May 2021, 10:25
Kanada məktəbində 215 uşaq cəsədinin qalığı tapılıb  

 

Kanadanın Kamlups şəhərində yerli xalqların assimilyasiyası üçün nəzərdə tutulmuş keçmiş internat-məktəbin ərazisində  215 uşağa aid olan cəsədlərin qalıqları aşkar olunub.

 

AzEdu.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

 

Yerli hindu icmasının rəhbəri Roza Kazimirin sözlərinə görə, qalıqlar itkin düşmüş və ölümü sənədləşdirilməmiş uşaqlara aiddir. Onlardan bəziləri 3 yaşında olub.

 

Cəsədlərin qalıqları georadar vasitəsilə tapılıb. Hazırda uşaqların ölüm səbəbləri araşdırılır.

 

Kanadanın Baş naziri Castin Tryudo hadisəni ölkə tarixinin qaranlıq və rüsvayçı səhifəsi adlandırıb.

 

Qeyd olunub ki, məktəb 1890-1978-cu illər ərzində fəaliyyət göstərib.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox