Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına Şirvanda 21 nömrəli tam orta məktəb üçün tikilən 624 şagird yerlik məktəb binasının inşası yekunlaşıb.
AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyinin sifarişi ilə tikilən üçmərtəbəli binanın inşasına ötən ilin aprel ayında başlanılıb və artıq işlər yüksək keyfiyyətlə başa çatdırılıb. Məktəb binasında 24 sinif otağı var. Bina müasir istilik və havalandırma sistemi ilə təchiz olunacaq, və burada fənn kabinetləri, yeməkxana, kompüter otaqları, idman və akt zalları fəaliyyət göstərəcək. Təhsil ocağı yeni inventar və avadanlıqlarla təchiz olunacaq. Binanın ərazisi abadlaşdırılıb və yaşıllıqlar salınıb.
Təhsil ocağı yeni tədris ilində müəllim və şagird kollektivinin istifadəsinə veriləcək.(Azərtac)